"Fənərbaxça" çətin Trabzon səfərindən 3 xalla qayıdır - GENİŞ İCMAL

00:11 - 15 Fevral 2026

Türkiyə Super Liqasında XXII turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, turun mərkəzi qarşılaşması Trabzonda baş tutub. Burada "Fənərbaxça" "Trabzonspor"un qonağı olub. Gərgin keçən matçdan İstanbul təmsilçisi 3:2 hesablı qələbə ilə ayrılıb.

Qeyd edək ki, "Fənərbaxça" 52 xalla 2-ci, "Trabzonspor" isə 45 xalla 3-cü pillədə qərarlaşıb.

Türkiyə Super Liqası

XXII tur

"Trabzonspor" - "Fənərbaxça" 2:3

Qollar: E.Muçi, 6, P.Onuaçu, 43, - A.Taliska, 15, K.Aktürkoğlu, 34, M.Asensio, 48

Xəbər xətti