Türkiyənin "Fənərbaxça" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Super Liqa nəhənginin müdafiəçisi Levent sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Levent ölkə çempionatının 27-ci turunun "Qaziantep"lə matçında zədələnib. Onun sağ ayağının arxa əzələsində yırtıq aşkarlanıb. Türkiyəli sol cinah müdafiəçisinin təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacağı ehtimal olunur.
Qeyd edək ki, "Fənərbaxça" Levent Mercanı 2024-cü ilin yayında "fatih Karagümrük"dən 2 milyon avroya transfer edib. 25 yaşlı futbolçu cari mövsümdə İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 23 rəsmi matçda 5 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi
