"Qalatasaray" bu transferdən vaz keçdi

12:14 - 10 Avqust 2026

Rusiya millisinin və “Lokomotiv”in futbolçusu Aleksey Batrakovun “Qalatasaray”a keçidi baş tutmayacaq.

Sportal.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Türkiyə çempionunun danışıqlar masasından imtina etdiyi və rusiyalı oyunçunun transferini davam etdirməyəcək. 

Ruslar Batrakov üçün 25 milyon avro istəyib. Ona görə də, Türkiyə çempionu bu transferən vaz keçib. Batrakov “Lokomotiv”in yetirməsidir və onun müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.
 

Xəbər xətti