"Fənərbaxça"nın müdafiəçisi əməliyyat olundu

17:42 - 1 Sentyabr 2026

"Fənərbaxça"nın müdafiəçisi Ceyden Ostervolde əməliyyat olunub.

Sportal.az xəbər verir ki, bu barədə Super Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

Sol ayağının arxa əzələsində zədə alan futbolçunun Finlandiyada baş tutan əməliyyatı uğurlu keçib. 25 yaşlı mərkəz müdafiəçisinin 2-3 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, "Fənərbaxça" Ceyden Ostervoldeni 2023-cü ilin yanvarında "Parma"dan 6 milyon avroya transfer edib. Niderland U-21 millisinin sabiq üzvü cari mövsümdə İstanbul təmsilçisinin heyətində 3 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti