"Konyaspor" uzun müddətdən sonra qələbə üzü gördü
Türkiyə Superliqasında XI tura yekun vurulub.
Sportal.az xəbər verir ki, son oyun günündə daha 3 qarşılaşma baş tutub.
"Konyaspor" öz meydanında "Antalyaspor"u məğlub edib - 2:0.
"Trabzonspor" səfərdə "Gənclərbirliyi" ilə bacarmayıb. Oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə bitib.
Turun mərkəzi oyunu İstanbulda baş tutub. Burada əzəli rəqiblər - "Fənərbaxça" və "Qalatasaray" üz-üzə gəlib. Görüş meydan sahibi qismində çıxış edən "Fənərbaxça"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

10 noyabr
"Konyaspor" - "Antalyaspor" 2:0
Qollar: Kabze, 19, Calma, 46
Qollar: Kabze, 19, Calma, 46
"Gənclərbirliyi" - "Trabzonspor" 3:2
Qollar: Stanku, 45 , Yılmaz, 67, Durmaz, 80 - Enrike,1, Kolman,34

"Fənərbaxça" - "Qalatasaray" 2:0
Qollar: Əmrə, 23-pen., Baroni, 66